19 dek 10:08hadise

Bacısını öldürüb qaçdı

Bacısını öldürüb qaçdıİndi isə cəzasının azaldılmasını istəyir...

Bacısını qısqanclıq zəminində öldürən şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum olunan Gülməmmədov Ruslan Rafiq oğlunun məhkəmə prosesinə hakim Tahir Kazımov sədrlik edəcək.

Xatırladaq ki, 2017-ci ilin oktyabr ayında Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülməmmədov Ruslan Rafiq oğlu 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyun ayının 19-da Tovuz rayonunda, Əsrik çayının rayonun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti aşkarlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, G.Gülməmmədovanı onun qardaşı, Aşağı Quşçu kənd sakini, 1994-cu il təvəllüdlü R.Gülməmmədov bıçaqlayaraq, qətlə yetirib. Faktla bağlı R.Gülməmmədov saxlanılıb.

Onun hadisəni qısqanclıq zəminində törətdiyi məlum olub.

R.Gülməmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU