16 dek 20:41hadise

Bərdədə kütləvi dava: xəsarət alanlar var - FOTOLAR

Bərdədə kütləvi dava: xəsarət alanlar var - FOTOLARYaralılar xəstəxanaya çatdırılıb.

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

Hadisə Kələntərli kəndində qeydə alınıb.

İki qonşu arasında torpaq üstündə baş verən kütləvi dava zamanı 3 nəfər - 38 yaşlı Cəfərov Elsəvər Qıyas oğlu, 1976-cı il təvəllüdlü Quliyeva İlhamə Qurban qızı və 1985-ci il təvəllüdlü Cəfərquliyev Xəyyam Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onların hər üçünün vəziyyəti orta ağırdır.

Fakt bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl də Bərdədə kütləvi dava olub, 4 nəfər bıçaqlanıb. (report)
Bərdədə kütləvi dava: xəsarət alanlar var - FOTOLAR
XƏBƏR LENTİ
SORĞU