16 dek 10:30hadise

Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhdin qarşısı alındıBakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Avrasiya.net FHN-in saytına istinadən bildirir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU