07 dek 22:21hadise

Bakıda sərnişin avtobusu qəzaya uğradı - 9 nəfər yaralandı

Bakıda sərnişin avtobusu qəzaya uğradı - 9 nəfər yaralandıYaralılar xəstəxanaya yerləşdirilib.

Binəqədi rayonunda marşrut avtobusu qəzaya uğrayıb.

Hadisə rayonun Xocahəsən qəsəbəsində baş verib. 119 saylı xətt avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə açıqlamasında bildirib ki, hadisə yerinə 12 Təcili Tibbi Yardım Briqadası yollanıb və 9 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Kliniki Xəstəxanasına, 7 nəfər isə Kliniki Tibbi Mərkəzə qəbul olunub.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən 63 yaşlı bir qadının vəziyyəti ağır, digər xəstələrin vəziyyəti isə orta ağırdır.
XƏBƏR LENTİ
SORĞU