07 dek 18:17hadise

Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTOAzərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib.

Hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib.

Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.

Nəticədə, “VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.(A24.az)
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
SORĞU