03 dek 13:32hadise

Bakıda dəhşətli qəza: 4 nəfər öldü - Siyahı

Bakıda dəhşətli qəza: 4 nəfər öldü - SiyahıBakıda dəhşətli yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Qala-Pirallahı yolunda - “Zirə Bio market”in qarşısında “Şevrolet” markalı 90 RR 974 dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq əks zolaqda hərəkət edən “Kamaz” markalı, 27 BA 301 nömrəli yük maşınına çırpılması nəticəsində minik avtomobilini idarə edən 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu ilə yanaşı sərnişinləri: Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüb.

Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzada ölənlərin hamısı Zirə qəsəbə sakinləridir.

Faktlı bağlı Pirallahı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
26-05-2020, 11:23
SORĞU