30 noy 15:46hadise

Metroda iki qızla oğlanın davası - Video

Metroda iki qızla oğlanın davası - VideoMetro polisi Kütləvi İnformasiya Vasitələrində görüntüləri yayılan iki gənc qızla bir gənc oğlanın davası ilə bağlı araşdırma aparır.

Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gənclər arasında nə vaxt baş verdiyi məlum olmayan və bu gün saytlarda yayılan dava ilə bağlı açıqlama verərkən deyib.

Metropoliten sözçüsü bildirib ki, yayılan videonun mənşəyi məlum deyil:

“Baş vermiş həmin hadisə ilə bağlı rəsmi şikayət və müraciət olmayıb. Bu səbəbdən araşdırma aparılmadan bir söz demək mümkün deyil. Hazırda metro polisi baş vermiş hadisə ilə bağlı araşdırmaya start verib. Araşdırma yekunlaşandan sonra bir söz demək mümkündür”.

Xatırladaq ki, Bakı metrosunda iki gənc xanımla bir gənc oğlanın davasını əks etdirən video İnstaqram sosial şəbəkəsində paylaşılıb. Məlumata görə, dava qızların oğlana söz atması səbəbindən yaranıb.

Qatar “28 May” stansiyasına çatanda metro işçiləri və polis məsələyə qarışdığı iddia edilib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.