23 noy 07:06hadise

Tərtərdə bədbəxt hadisə: 70 yaşlı kişi laqonda ilə ayağını kəsdi

Tərtərdə bədbəxt hadisə: 70 yaşlı kişi laqonda ilə ayağını kəsdiYaralı xəstəxanaya yerləşdirilib.

Tərtər rayonunda 70 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Rayonun Səhləbad kəndində yaşayan 1948-ci il təvəllüdlü Şirvan Həsən oğlu Ağalarov sağ ayağın baldır nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dən bildirilib ki, müayinə zamanı Ş.Ağalarovun yaşadığı ünvanda laqonda ilə iş görən zaman ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir. (report)
loading...
XƏBƏR LENTİ
SORĞU