12 noy 07:22hadise

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada meyit tapıldı

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada meyit tapıldıGəncə şəhərinin Gülüstan qəsəbəsində 46 yaşlı kişi meyiti tapılıb.

"Report"un məlumatına görə, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan vətəndaşlardan biri qonşusunun mənzilindən kəskin iy gəldiyi barədə müvafiq qurumlara müraciət edib.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları göstərilən mənzildə tək yaşadığı bildirilən Kəlbəcər rayon sakini, 1972-ci il təvəllüdlü Etibar Haqverdi oğlu Əhmədovun meyitini aşkarlayıblar. İlkin ehtimallara görə, E.Əhmədov bir neçə gün əvvəl öz əcəli ilə ölüb.

Meyit tibbi ekspertızaya aparılıb və onun dəqiq ölüm səbəbi araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma davam edir.
XƏBƏR LENTİ
SORĞU