07 noy 07:16hadise

Binəqədidə 64 yaşlı kişi itkin düşdü

Binəqədidə 64 yaşlı kişi itkin düşdüO, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Bakı sakini itkin düşüb.

Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 22-də yaşayan Bağırov Rəfail Abiddin oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan atası, 1954-cü il təvəllüdlü Bağırov Abiddin Şakir oğlu noyabrın 5-də səhər saat 06 radələrində evdən çıxıb və naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb. (trend)
XƏBƏR LENTİ
SORĞU