30 okt 13:44hadise

Qubada 48 yaşlı qadın itkin düşüb

Qubada 48 yaşlı qadın itkin düşüb  DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonunun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva oktyabr ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Güləbətin Zəkiyevanın əlamətləri belədir: Boyu 160-170 sm., dolu bədən quruluşlu, yumru sifətli, qısa saçlı, gözlərinin rəngi mavidir. G.Zəkiyeva psixi problemlərdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Modern.az
XƏBƏR LENTİ
SORĞU