30 okt 09:14hadise

26 yaşlı oğlan ürəyindən bıçaqlandı

26 yaşlı oğlan ürəyindən bıçaqlandıPaytaxtda gənc oğlan küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib.

Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.

Yaralı təcili olraq 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ
Dünən, 14:59
SORĞU