16 okt 20:02hadise

Məktəb gözətçisi özünü asdı - Qubada

Məktəb gözətçisi özünü asdı - QubadaQuba rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Amsar kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərov Elşad Ələmşah oğlu özünü gecə saatlarında yaşadığı evin arxa hissəsində asaraq intihar edib. Səhər yuxudan oyanan E.Əsgərovun ailə üzvləri onun asılı vəziyyətdə qalmış meyitini aşkarlayıblar.

Bildirilir ki, həyatına son qoyan 53 yaşlı kişi Amsar kənd məktəbində gözətçi işləyirmiş. Son vaxtlar yuxusuzluqdan əziyyət çəkən Elşadın elə bu səbəbdən intihar etdiyi ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU