Bakının iki rayonunda əməliyyat: Həbslər var

Bakının iki rayonunda əməliyyat: Həbslər varBakının Sabunçu rayonunda avtomobil oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin "VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb.

Bundan başqa, sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Çingiz Feyzullayevin "Mercedes” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
teleqraf.com