09 okt 13:16hadise

Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü

Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldüHadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 184-də yerləşən “Turan” klinikasında qeydə alınıb.

Avrasiya.net ölkə.az-a istinadən xəbər verir ki, klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova tərəfindən döyülüb.

Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü Polis Bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla əlaqədar polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.
loading...
XƏBƏR LENTİ
SORĞU