03 okt 09:45hadise

21 yaşlı qız özünü asdı

21 yaşlı qız özünü asdıŞəki rayonunda intihar hadisəsi baş verib.

Hadisə ötən gün Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazisindəki Abbaslı yaşayış massivində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 21 yaşlı S.Mirzəyevanın hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.(report.az)
loading...
XƏBƏR LENTİ
Dünən, 09:02
SORĞU