01 okt 11:47hadise

Bakıda 65 yaşlı qadının meyiti tapıldı – yaşadığı mənzildə

Bakıda 65 yaşlı qadının meyiti tapıldı – yaşadığı mənzildəBakıda mənzildə meyit aşkarlanıb.

Avrasiya.net-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb, orada aşkarlanan 1953-cü il təvəllüdlü Karmanova İvesta Andrey qızının meyitini aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.
XƏBƏR LENTİ
SORĞU