01 avq 10:46hadise

23 yaşlı qız intihara cəhd edib

23 yaşlı qız intihara cəhd edibZaqatala rayonunda intihara cəhd olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyulun 31-i axşam saatlarında rayonun Danaçı kənd sakini, 1995-ci il təvəllüdlü Gülarə Aydın qızı Buğluyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı 23 yaşlı Gülarə Buğluyevanın özünə qəsd etmək məqsədi ilə müxtəlif adda bir neçə dərman həbi qəbul etdiyi məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülarə Buğluyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU