28 iyl 10:49hadise

Bakıda 21 yaşlı qız özünü 5-ci mərtəbədən yerə atdı

Bakıda 21 yaşlı qız özünü 5-ci mərtəbədən yerə atdıXətai rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.

1997-ci il təvəllüdlü Hüseynzadə A.Ə. (ad şərtidir) özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.