13 iyl 11:38hadise

Bakıda 20 yaşlı oğlan dənizdə batdı

Bakıda 20 yaşlı oğlan dənizdə batdıBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun dənizdə batması ehtimalı ilə bağlı məlumat daxil olub.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Bir az əvvəl C.Məmmədovun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
XƏBƏR LENTİ
SORĞU