06 iyl 13:14hadise

Bakıda özünü güllələyən polis zabiti öldü

Bakıda özünü güllələyən polis zabiti öldüİyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib.

Mərhumun meyiti artıq ailəsinə təhvil verilib.

Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi.

R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunsa da, vəziyyəti pisləşdiyindən yaxınları onu müalicəsinin davam etdirilməsi üçün Baku Medical Plazaya köçürmüşdülər.
XƏBƏR LENTİ
25-05-2020, 11:53
SORĞU