03 iyl 11:30hadise

Şabranda yaşlı kişi özünü asdı

Şabranda yaşlı kişi özünü asdı İntihar gecə ölkənin böyük hissəsi işıqsız qalan zaman baş verib

Bu gecə Şabranın Aygünlü kəndində intihar hadisəsi qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, 68 yaşlı kənd sakini Surəddin Abuzər oğlu Cəfərov gecə saat 04 radələrində özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Əldə etdiyimiz məlumata görə, mərhum Surəddin Cəfərov ruhi xəstə olub, Qubada və Maştağada müalicə alıb. Onun ruhi durumuna görə özünü öldürdüyü istisna edilmir.

Şabran rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.

Mərhum evli olub, uşaqları var.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU