29 iyn 06:50hadise

Bakıda yaşlı kişi özünü beşinci mərtəbədən atdı

Bakıda yaşlı kişi özünü beşinci mərtəbədən atdıBakının Xətai rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib.

Daha sonra o, eyvana çıxaraq özünü yerə atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin məlumatına görə, o, səhiyyə ocağına aqonal vəziyyətdə daxil olub. Tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi başlanılıb.
loading...
XƏBƏR LENTİ
SORĞU