26 iyn 09:25hadise

Göyçayda toyda KÜTLƏVİ DAVA: Ucar sakini bıçaqlandı

Göyçayda toyda KÜTLƏVİ DAVA: Ucar sakini bıçaqlandıGöyçay rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

Rayondakı şadlıq saraylarından birində keçirilən toy mərasiminin qonaqları arasında baş verən dava zamanı Ucar rayonu Qaracallı kənd sakini, 1987-ci il təvəllüdlü Kamil Əhmədov bıçaq xəsarəti aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
SORĞU