21 iyn 13:57hadise

“Araz” marketin işçiləri arasında kütləvi dava: 1 ölü, 1 yaralı

“Araz” marketin işçiləri arasında kütləvi dava: 1 ölü, 1 yaralıBakının Sabunçu rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib.

Avrasiya.net “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisə “Araz” marketin qarşısında baş verib.

Belə ki, 3 dost, Yardımlı rayon sakini, 1996-cı il təvəllüdlü Vüqar Hüseynzadə, Zabrat kənd sakini, 1997-ci il təvəllüdlü Kənan Səlimov və Maştağa kənd sakini Surxay Əliyevlə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. Nəticədə Surxay Əliyev əlinə bıçaq götürərək Vüqar Hüseynzadəyə hücum edib. Kənan Səlimovu dostları ayırmaq istəyib. Lakin Surxay Əliyev onu və Vüqarı bıçaqlayıb.

Nəticədə Vüqar Hüseynzadə hadisə yerində ölüb, Kənan Səlimov isə ağır yaralanıb. Dostlarını bıçaqlayan Surxay Əliyev qaçıb. Lakin polis onu tutub.

Bildirilir ki, hər 3 şəxs “Araz” marketinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU