19 iyn 14:56hadise

Azərbaycanda ağır qəza: deputatın bacısı oğlu öldü

Azərbaycanda ağır qəza: deputatın bacısı oğlu öldüHacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

Qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. “Tofaş” markalı “10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (apa)

Azpolitika saytının iddiasına görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.