30 may 03:10hadise

Bərdədə 6-cı sinif şagirdi itkin düşdü - FOTO

Bərdədə 6-cı sinif şagirdi itkin düşdü - FOTOBərdə rayonunda 11 yaşlı uşaq itkin düşüb.

"Report" xəbər verir ki, 2007-ci il təvəllüdlü yerli sakin Hacızadə Sənan Emin oğlu bazar ertəsi səhər saatlarında rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.

Yaxınlarının dediyinə görə, S.Hacızadə səhər saatlarında evə ət almağa gedən zaman itkin düşüb. Onlar həmçinin uşağın əqli və fiziki cəhətdən heç bir probleminin olmadığını bildiriblər.

İki gündür itkin düşən uşaq 6-ci sinifdə oxuyur.

Hazırda Bərdə rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.

Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 051-476-61-42.
XƏBƏR LENTİ
SORĞU