28 may 22:06hadise

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: oğul anasını güllələyərək ÖLDÜRDÜ

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: oğul anasını güllələyərək ÖLDÜRDÜAğsu rayonunda güllələnmə hadisəsi baş verib.

Avrasiya.net apa-ya istinadən xəbərinə görə, bu gün saat 16:00 radələrində rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb.
Məlumata görə, iki uşaq anası olan Samirə İmaməliyeva divanda yatan zaman azyaşlı oğlu ov tüfəngini götürərək onu oynadıb və ehtiyatsızlıq səbəbindən qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
Dünən, 16:07
SORĞU