21 may 09:45hadise

Bakıda qonşular arasında kütləvi dava: kürəyindən bıçaqlandı

Bakıda qonşular arasında kütləvi dava: kürəyindən bıçaqlandıBakıda qonşular arasında kütləvi dava olub.

Report xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsində 1989-cu il təvəllüdlü Rüstəmov İsmayıl Rəfael oğlu qonşuluğunda yaşayan həmyaşıdı ilə mübahisə edib. Mübahisəyə daha 3 nəfər də müdaxilə edib. Nəticədə İ.Rüstəmov 4 nəfər tərəfindən döyülərək kürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.
XƏBƏR LENTİ
Bu gün, 14:59
Dünən, 15:14
SORĞU