08 may 09:55hadise

Polislər azərbaycanlını sərhəddə döydülər

Polislər azərbaycanlını sərhəddə döydülərAzərbaycan vətəndaşı Türkiyə-Gürcüstan sərhədində polis əməkdaşları tərəfindən döyülüb.

Report xəbər verir ki, hadisə ötən gün səhər saatlarında baş verib.

Masallı rayon sakini, 1991-ci il təvəllüdlü Salayev Sabir Əlirza oğlu avtobusla Bakıya qayıdarkən Gürcüstan respublikasının polis əməkdaşları ilə əlbəyaxa dava edib. S. Salayevin sözlərinə görə, o, polislər tərəfindən döyülüb.

Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib. Lakin o, qapalı kəllə-beyin travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU