08 may 09:50hadise

Masallıda yanğın - Ər-arvad öldü

Masallıda yanğın - Ər-arvad öldüMasallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
26-05-2020, 11:23
SORĞU