03 may 06:54hadise

Goranboyda ağır qəza: 3 ölü, 4 yaralı

Goranboyda ağır qəza: 3 ölü, 4 yaralıGoranboyda baş vermiş ağır avtomobil qəzası nəticəsində yaralananların və ölənlərin hamısının adları və qəzanın səbəbi məlum olub.

Yerli KİV bildirir ki, yaralılar Ağdam rayon Paşabəy kənd sakinləri - 2006-cı il təvəllüdlü Quliyeva Xədicə Amil qızı, 2016-cı il təvəllüdlü Əhmədov Füzuli İlham oğlu və Xanqərvənd kənd sakinləri - 1977-ci il təvəllüdlü Feyzullayeva Hüsniyə Sədrəddin qızı, 2001-ci il təvəllüdlü Süleymanova Qəribə Əli qızıdır.

Qəza nəticəsində ölənlər isə "Toyota" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və "VAZ-21021" markalı avtomobilin sürücüsü, Goranboy rayon Xanqərvənd kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğludur.

DİN-in mətbuat xidmətinin qərb regional qrupundan verilən məlumata görə, ekspertiza müayinəsi zamanı məlum olub ki, qəzaya “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü Füzuli Qasımovun sükan arxasında infarkt keçirməsi səbəb olub. Sürücü avtomobilə idarəetməni itirərək yolun qarşı tərəfinə çıxıb və “Niva” ilə toqquşub.

Ciddi xəsarət almayan F. Qasımov xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərin də öldüyünü eşidərək ürəktutmasından orada keçinib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
SORĞU