30 apr 10:37hadise

Bərdədə silahlı insident – Ölən var

Bərdədə silahlı insident – Ölən varBərdə rayonunda silahlı insident nəticəsində 1 nəfər ölüb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əmirli kəndi ərazisində baş verib.

Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Asif Hümmətov qonşusu, 47 yaşlı Azər Nurəliyevə ov tüfəngindən atəş açıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
Dünən, 20:38
SORĞU