23 apr 11:33hadise

Sumqayıtda itkin düşən idmançıların axtarışına helikopter cəlb edildi

Sumqayıtda itkin düşən idmançıların axtarışına helikopter cəlb edildi18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Bildirək ki, aprelin 21-də Qafqazinfo saytı onların günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollandığı barədə məlumat yayıb.

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.

İki idmançının itkin düşməsi barədə aidiyyatı qurumlara məlumat verilib. Lakin, 4 gündür aparılan axtarışlardan nəticə əldə olunmayıb.
XƏBƏR LENTİ
SORĞU