22 apr 12:16hadise

Sabirabadda 26 yaşlı gənc bıçaqlandı

Sabirabadda 26 yaşlı gənc bıçaqlandıSabirabadda bıçaqlanma hadisəsi baş verib.

APA-ya istinadən xəbər verir ki, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU