21 apr 06:05hadise

Ağdamdan olan məcburi köçkün İsmayıllıda özünü öldürmək istədi

Ağdamdan olan məcburi köçkün İsmayıllıda özünü öldürmək istədiİsmayıllı rayon sakini intihara cəhd edib.

APA bildirir ki, aprelin 20-də axşam saatlarında Ağdam rayonundan olan məcburi köçkün, İsmayıllı şəhərində məskunlaşan 1965-ci il təvəllüdlü Allahverdiyeva Təzəgül İslam qızı yaşadığı evdə sirkə turşusu içib.

Qadın zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU