11 apr 14:23hadise

Daha bir ana ölümü - Cəlilabadda

Daha bir ana ölümü - CəlilabaddaCəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qadın doğuşdan sonra ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Vəfa Ramazan qızı Yusubova qız övladını dünyaya gətirdikdən sonra vəfat edib.

V. Yusubovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU