07 apr 07:31hadise

Ağcabədidə 80 yaşlı kişi intihar etdi

Ağcabədidə 80 yaşlı kişi intihar etdiAğcabədi rayonunda intihar hadisəsi qeydə alınıb.

Avrasiya.net APA-a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx kəndində qeydə alınıb.

Kənd sakini, 80 yaşlı Orucov Əvəz Allahverdi oğlu siçan dərmanı içərək intihar edib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Orucovun psixoloji problemi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU