06 apr 10:11hadise

Tanınmış alim və şair vəfat etdi

Tanınmış alim və şair vəfat etdiLənkəran şəhərində əməkdar müəllim Mirhaşım Talışlı vəfat edib.

Avrasiya.net "Report"a istinadən bildirir ki, filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, ədəbiyyatşünas alim Mirhaşım Talışlı dünən axşam saatlarında dünyasını dəyişib.

Talışlı Hacı Mirhaşım Mirmurtuza oğlu 1926-cı ildə Lənkəran rayonunda anadan olub. Mirhaşım Talışlı 16 yaşından "Müsafir" imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazıb. Əruz vəzninin mahir bilicisidir, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. "Dedim ki, sözüm qala" şeirlər kitabı, "125 yaşlı məktəb", "Lənkəran" kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə "Xatirəmdə yaşayanlar" kitabı çap olunub. Talış xanlarından olan Mir Mustafa xan Talişinski onun ulu babası olub.

Allah rəhmət eləsin!
XƏBƏR LENTİ
Bu gün, 11:23
SORĞU