05 apr 18:19hadise

6-cı sinif şagirdi müəmmalı şəkildə öldü - Məktəbin həyətində

6-cı sinif şagirdi müəmmalı şəkildə öldü - Məktəbin həyətindəŞəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində baş verib.

Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
SORĞU