28 mar 18:20hadise

Bakıda süpürgəçi qadını maşın vurub öldürdü

Bakıda süpürgəçi qadını maşın vurub öldürdüSabunçu rayonunda qadın yol qəzası nəticəsində dünyasını dəyişib.

“Ölkə.Az”a verilən məlumata görə, Musayev Zaur Kondisar oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomaşını ilə yolu keçmək istəyən Salahova Cəmilə İsmayıl qızını vurub. Nəticədə qadın hadisə yerindəcə keçinib.

Hadisə yerinə gələn rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin müayinələr aparıblar, sürücünün izahatı alınıb və yük avtomobili cərimə meydançasına yerləşdirilib.
Qeyd edilib ki, hadisə martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Məlumata görə, “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
XƏBƏR LENTİ
SORĞU