28 mar 16:28hadise

3 yaşlı körpə göldə boğuldu

3 yaşlı körpə göldə boğulduMingəçevir şəhərində 3 yaşlı körpə göldə boğularaq ölüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.
loading...
XƏBƏR LENTİ
SORĞU