28 mar 10:19hadise

Bir ailənin 5 üzvü yaralandı

Bir ailənin 5 üzvü yaralandıAbşeron rayonunun Saray qəsəbəsi ərazisində ikisi uşaq olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Niva" markalı avtomobil Bakı-Sumqayıt şossesinin Saray qəsəbəsi ərazisində, yol kənarında dayanmış "VAZ-2106" markalı maşına çırpılıb.

Nəticədə "VAZ-2106"da olan 1968-ci il təvəllüdlü Məmmədova Leyli Vəli qızı, 1964-cü il təvəllüdlü Məmmədov Oktay İsa oğlu, 1998-ci il təvəllüdlü Məmmədova Aytac Mətləb qızı, 9 aylıq Məmmədov Oktay Elnur oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Leyli Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü L.Məmmədovanın vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
XƏBƏR LENTİ
SORĞU