26 mar 14:06hadise

Salyanda maşın su kanalına düşdü: 2 nəfər boğularaq öldü - VİDEO

Salyanda maşın su kanalına düşdü: 2 nəfər boğularaq öldü - VİDEOBu gün səhər saatlarında Salyan rayonun Xələc kəndindəki su kanalına avtomobil düşüb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, sudan çıxarılan 09 BO 697 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşından sürücü - Bərdə şəhər sakini 34 yaşlı Rauf Sahib oğlu Quliyevin və sərnişini - 34 yaşlı Ağdaş şəhər sakini Qərib Yenidünya oğlu Quliyevin suda boğulmuş meyitləri aşkar edilib.

Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
SORĞU