26 mar 11:20hadise

Bakıda 32 yaşlı türk dəm qazının qurbanı olub

Bakıda 32 yaşlı türk dəm qazının qurbanı olubHadisə Yasamal rayonunda qeydə alınıb.

“Ölkə.Az”a verilən xəbərə görə, 1986-cı il təvəllüdlü Söyləməz Mustafa Kamal kirayə qaldığı mənzildə dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı olan türk otaqda qaz sobasının sönməsi nəticəsində boğularaq ölüb. Qeyd edək ki, hadisə vaxtı 32 yaşlı türk evdə tək olub.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən Söyləməz Mustafa Kamalın meyiti basdırılmaq üçün Türkiyə Respublikasına göndəriləcək.
loading...
XƏBƏR LENTİ
SORĞU