25 mar 14:26hadise

Mingəçevirdə 20 yaşlı gənc qətlə yetirildi

Mingəçevirdə 20 yaşlı gənc qətlə yetirildiMingəçevir şəhərindəki restoranlardan birində gənclər arasında baş verən dava qanla nəticələnib.

Mingəçevir sakini, 1998-ci il təvəllüdlü Həsənov Emil Çingiz oğlu dostu 1996-cı il təvəllüdlü Mamedov Orxan Salman oğlu ilə “Qədiroğlu” restoranında yeyib-içən zaman aralarında şəxsi münasibətlər zəminində dava baş verib. Emil Həsənov restoranın mətbəxindən götürdüyü bıçaqla Orxan Mamedovun bud nahiyəsinə xəsarət yetirib.

Orxan Mamedovun arteriyası əsildiyi üçün çoxlu qan itirib və təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.

Orxan Mamedov sonradan vəziyyəti ağırlaşdığı üçün Gəncə Beynəlxalq Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib. İki dost arasında baş verən dava zamanı onları sakitləşdirməyə çalışan restoranın ofisiantı, 2000-ci il təvəllüdlü Seymur Zeynalovun da xəsarət aldığı bildirilir.
XƏBƏR LENTİ
SORĞU