17 mar 11:14hadise

Bakıda kütləvi dava: yaralılar var

Bakıda kütləvi dava: yaralılar varBakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

Report-un xəbərinə görə, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.

"Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
26-05-2020, 11:23
SORĞU