05 mar 12:52hadise

Ana doğuş zamanı 2 övladı ilə öldü

Ana doğuş zamanı 2 övladı ilə öldüHadisə ötən gün Respublika Klinik Xəstəxanasında qeydə alınıb.

“Ölkə.Az”a verilən məlumata görə, İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədova Mələk Bilal qızı reanimasiya şöbəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Xəstəxananın baş həkimin mavini Mahir Babyevin faktı təsdiq edərək bildirib:

“M.Məmmədova xəstəxanaya qaraciyər böyrək çatışmazlığı diaqnozu ilə daxil olub. Qadın hamilə olub, 2 övladını dünyaya ölü gətirib. Səbəb isə özünün də ağır xəstə olması olub”.

Qeyd edək ki, Respublika Klinik Xəstəxanasında ümumilikdə ana və yeni doğulmuş 2 övladı dünyasını dəyişib. Faktla əlaqədar Yasamal rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU