02 mar 14:04hadise

Yol polisi əməkdaşı həbs edildi – Nərimanovda

 Yol polisi əməkdaşı həbs edildi – NərimanovdaBakıda dələduzluqda təqsirli bilinən Ramis Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ramis Əhmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və o, iclas zalında həbs olunub.

İttihama görə, Nərimanov rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşı olmuş Ramis Əhmədov iş yoldaşı Elşən Məmmədovun qayını Pərviz Süleymana qarşı dələduzluq edib.

O, Pərviz Süleymanın 25 min 500 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.