24 fev 17:44hadise

Ər-arvad qazdan zəhərləndi

Ər-arvad qazdan zəhərləndiAğdam rayonunda ər və arvad qazdan zəhərlənib.

APA-nın xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində baş verib.

Kənd sakinləri - 1934-cü il təvəllüdlü Əliyev Eldar Mütəllim oğlu və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əliyeva Mahirə Ağa qızı qazdan zəhərləniblər. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, vəziyyətləri ağır olduğundan ər və arvadı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. M. Əliyevanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU